İlham Əliyev İqor Seçinə orden verdi - SƏRƏNCAM

İlham Əliyev İqor Seçinə orden verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev İqor İvanoviç Seçinin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İ.İ.Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib.

Prezident İlham Əliyev İqor Seçinə təbrik məktubu da göndərib.

Təbrikdə deyilir:

"Hörmətli İqor İvanoviç.

Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə "Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.

"Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az