İlham Əliyev ona "general-polkovnik” hərbi rütbəsi verdi (SƏRƏNCAM)

İlham Əliyev ona

Elman Səmədova general-mayor rütbəsi verildi, 5 nəfərin rütbəsi artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elman Səmədova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Miq.Az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilib.

Prezident "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" da sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: 

"general-polkovnik” hərbi rütbəsi
general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

"general-mayor” hərbi rütbəsi
polkovnik Nizami Ağoğlan oğlu Məmmədova
polkovnik Ramil Əlimran oğlu Əsgərova

"kontr-admiral” hərbi rütbəsi
1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az