İlham Əliyev sahibkarlara və dövlət müəssisələrinə SƏSLƏNDİ: "İşçiləri ixtisar etməyin!"

İlham Əliyev sahibkarlara və dövlət müəssisələrinə SƏSLƏNDİ:

İlham Əliyev sahibkarları və dövlət müəssisələrini işçiləri ixtisar etməməyə çağırdı

Azərbaycan prezidenti İlham Əliyev bu gün regionların inkişafına yönəlmiş Dövlət Proqramının (2014-2018) icrasının yekunlarına həsr edilmiş konfrans zamanı həm dövlət müəssisələrini, həm özəl sektoru işçiləri ixtisar etməməyə çağırıb. Prezidentin konfransdakı yekun nitqinin stenoqramını "Azərtac” dərc edib.

İlham Əliyev deyib ki, ötən il ölkədə 118 min yeni iş yerləri yaradılıb və bu yaxşı rəqəmdir. Prezidentin bildirdiyinə görə yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır.

"Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır»- İlham Əliyev bildirib.

Prezident qeyd edib  ki, son illərdə bir çox müəssisələr yaradılır və orada iş yerləri açılır.

"Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq, eyni zamanda, biz Azərbaycanda mütləq iş yerlərini qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, - bütün dövlət qurumlarına artıq bildirilib, - iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları, sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır»-İlham Əliiyev çıxışında deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az