İlham Əliyevdən Lavrova şillə kimi Cavab

İlham Əliyevdən Lavrova şillə kimi Cavab
İlham Əliyev son sözünü dedi: "Əbəs yerə gözləməsinlər" 
 
Prezident heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcəyini deyib

"Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək”. Bunu 4-cü ordu korpusunda hərbçilərlə görüşündə prezident İlham Əliyev deyib. 

"Kimsə bunu gözləyirsə əbəs yerə gözləməsin. Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, deyə prezident vurğulayıb.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan Ordusu ən müasir silahlarla silahlanır və qarşıya qoyulan tapşırıqları həll etmək iqtidarındadır.

İ.Əliyevin sözlərinə görə, ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik çox yüksək səviyyədədir, döyüş qabiliyyəti dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. "Biz bunu bilirik, dünya da artıq bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm də hərbi texnika təminatı baxımından bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunların hamısını öz hesabımıza əldə etmişik, güclü iqtisadiyyat hesabına əldə etmişik. Əgər güclü iqtisadiyyat olmasaydı biz bütün bu işləri görə bilməzdik".





















İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az