İlham Əliyev: "Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir"

İlham Əliyev:
Terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir.

Miq.az Trend-ə istinadən bildirir ki, bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Gəncədə baş vermiş hadisələrdə iki polis əməkdaşı həlak olub, yaralananlar var, onların arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı da olub:
"Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin! Bu cinayəti törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə bu qanlı terror aktları törədilib".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az