İlham Əliyev: “Xəstəxanalarda generatorlar işləməyib, nazirin söylədikləri düz deyil”

İlham Əliyev: “Xəstəxanalarda generatorlar işləməyib, nazirin söylədikləri düz deyil”

Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.

Miq.Az xəbər verir ki, strateji obyektlərdə - ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə baxılması barədə göstəriş verib:

"Səhiyyə naziri məruzə edir ki, bütün xəsstəxanalarda generatorlar işləyib, amma məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar ya olmayıb, ya da qoşulmayıb. Ona görə də, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və işlək vəziyyətdə olması barədə həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.

İlham Əliyev metro stansiyalarında ümumiyyətlə generatorların olmamasının isə çox acınacaqlı hal olduğunu söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az