İlham Əliyevdən ciddi tapşırıq: "Günahkarlar cəzalandırılacaq"

İlham Əliyevdən ciddi tapşırıq:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.

Miq.az-ın xəbərinə görə, Prezident İlham Əliyev vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: "Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir".

Prezident İlham Əliyev bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az