İlham Əliyevdən Moskva görüşü ilə bağlı ilk açıqlama

İlham Əliyevdən Moskva görüşü ilə bağlı ilk açıqlama

Nəqliyyat kommunikasiyalarının açılması İrəvan və Bakının maraqlarına cavab verir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlamasında deyib.

"Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”, - Əliyev bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az