İlham Əliyevdən yeni təyinat - Sərəncam

İlham Əliyevdən yeni təyinat - Sərəncam

Gəncə Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Miq.Az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd İsaq oğlu Tomuyev şəhər icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektor müdiri vəzifəsində çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini isə bundan əvvəl Xaçmaz rayonunun icra başçısı təyin edilən Elnur Rzayev icra edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az