İlham Əliyevin iştirak etdiyi sammit başladı - Canlı yayım

İlham Əliyevin iştirak etdiyi sammit başladı - Canlı yayım
Polşanın paytaxtı Varşavada keçirilən NATO sammiti öz işinə başlayıb.
 
ANS-in məlumatına görə, Polşa Prezidenti Andjey Duda NATO-nun təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı danışıb.
 
NATO-nun Baş katibi Yens Stoltenberq çıxış edib. O, həlli uzadılmış münaqişələr, terrorizmə qarşı mübarizəyə toxunub.
 
Sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.
 
Sammitdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter hesabında yazıb.
 
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, - o yazıb.
 
Bu gün Ermənistan Prezidenti Serj Sərkisyan da NATO sammiti çərçivəsində keçiriləcək  Əfqanıstandakı "Qətiyyətli Dəstək” missiyasının görüşündə  iştirak etmək üçün Varşavaya səfər edəcək. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.
 
Məlumata görə, görüş Alyansa üzv olan və olmayan dövlətlərin prezidentləri və hökumət rəhbərləri formatında keçiriləcək. Səfər çərçivəsində Sərkisyanın Varşavada bir neçə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
 
Azərbaycan Prezidenti İlham Əliyevin isə artıq Polşanın paytaxtı Varşavaya işgüzar səfəri başlayıb. Səfərin məqsədi NATO-nun sammitində iştirak etməkdir.


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az