İlham Əliyevin medal verdiyi zabit: "Qarda-boranda erməni ilə döyüşdüm ki, bu gün aciz qalım?" VİDEO/FOTO

İlham Əliyevin medal verdiyi zabit:

"Ayağım tam şişib, yerimə qabliyyətimi itirmişəm. Gündən-günə şişmə davam edir. Müdaxilə olmazsa, bir müddət sonra yerişimi tam itirəcəm”. Bu fikirləri Criminal.az saytına Azərbaycan ordusunun təxris olunmuş zabiti, mayor Ceyhun Salmanov deyib. Onun sözlərinə görə, ötən ilin martında əvvəl onkoloji xəstəlik aşkarlanıb, müalicəsi üçün Türkiyənin Gülhanə Hərbi Hospitalında həyata keçirilə bilər. 

C.Salmanov 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinin məzunu olmuşam. İki övlad atasıdır. Müdafiə Nazirliyinin 15-ə yaxın hərbi müəssisəsində 22 il qüsursuz xidmət edib. 2014-cü ildə Fizulinin Qazaxlar kəndində döyüş tapşırığını yerinə yetirərəkən tank əleyhinə minaya düşüb. 5 hərbi qulluqçu şəhid olub, həmin hadisədən sağ qurtulan yeganə hərbiçidir. Kəllə-beyin travması alıb 2-cü qrup əlil olub və müharibə veteranıdır.
C.Salmanov deyir ki, 2018-ci ilin mart ayında qasıq-limfa düyünlərinin şişməsi nəticəsində Mərkəzi Klinik Hospitalda əməliyyat olunub. Limfa düyündə anaplastik karsinoma metastası diaqnozu qoylub. Bundna sonra 2018-ci il uyulun 1-də ordudan xəstəliyimlə əlaqədar təxris olundum.

"Tibb Baş İdarəsində Türkiyənin Gülhanə Hospitalına göndərilməyim üçün sənədlərim hazırlandı. İdarəyə dəvət olunaraq 2018-ci ilin dekabrına növbə təyin olundu. Lakin bu ilin fevral ayına kimi gözlədim, sonra isə mənə verilən mobil nömrələrə zəng çatmadı. Onkoloji xəstəlik günbəgün, adamı ölümə aparan xəstəlikdir. Hərbiçi yoldaşım Əliyar Mirzəyevi göstərə bilərəm ki, ağ ciyər xərçəngindən müalicəsi gecikdirilərək Gülhanəyə aparılan cəmi 2 həftə sonra vəfat etdi. Ayağım tam şişib, yerimə qabliyyətimi itirmişəm. Gündən günə şişmə davam edir. Müdaxilə olmazsa, bir müddət sonra yerişimi tam itirəcəm. Cənab nazirin qəbuluna düşmək istəsəm də, mümkün olmadı. Aşağı instansiya məlumatları lazımı yerə çatdırmır”-deyə C.Salmanov qeyd edib. 

Hərbiçi deyir ki, müalicə üçün Gülhanəyə göndərilməlidir, lakin hansısa səbəbdən bu təşkil olunmur: "Bu gün qonşularım pul yığınb mənim müalicəmə vermək istəyir. Mən 23 il xidmət etdim ki, belə aciz duruma düşüm? Axı mən vətənimə sədaqətlə xidmət etmişəm. Medallarımın sayı-hesabı yoxdur. Dövlətimin müdafiəsində yaralanmışam. Prezident sinəmə "İgidliyə görə” medalı asıb. Başqa nə etməliyəm dövlətimə bundan artıq? 8 medalım var. Bəlkə generallarda bu qədər medal yoxdur. Son xidmət yerim Heydər Əliyev adına Ali Hərbi Məktəb olub. Qanunda da var ki, 20 ildən çox xidmət etmişəmsə, rütbəm mayor və ondan yuxarıdırsa tibbi təminat hüquna malikəm. Cənab Zakir Həsənova da müraciət etmişəm. Dedilər gözlə səni Gülhanəyə göndərəcəyik. Az yala bir ildir gözləyirəm ki, nə vaxt ölürəm. Niyə sözüm prezidentə, nazirə çatmır. Bunu kim gizlədir? Mən ölüb getdim, bəs məndən sonra gələn hərbiçilər? Qarda-boranda erməni ilə döyüşdüm ki, belə aciz duruma düşüm? Bəlkə ayağım elə ondan şişib”.












Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az