İlham Əliyevlə Nikol Paşinyanın görüşünün tarixi və yeri açıqlandı

İlham Əliyevlə Nikol Paşinyanın görüşünün tarixi və yeri açıqlandı

Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq.

Miq.Az xəbər verir ki, bunu "İnterfaks Azərbaycan" agentliyinə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər.

"Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək", - agentliyin həmsöhbəti qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də bildirmişdi ki, Bakı və Yerevan İ.Əliyev və N.Paşinyan arasında Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görüşün keçirilməsinin tarixini razılaşdırırlar.

Onun sözlərinə görə, zirvə toplantısı ilə yanaşı, iki ölkənin xarici işlər nazirlərinin görüşü də hazırlanır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az