İlham Əliyevlə Paşinyanın görüşü gündəmdə deyil - XİN

İlham Əliyevlə Paşinyanın görüşü gündəmdə deyil - XİN

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü iyulun 11-də axşam Brüsseldə gözlənilir.

Miq.Az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın xarici siyasət idarəsi başçısının yeni təyin olunmasından sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə XİN başçılarının ilk görüşü olacaq.

H.Hacıyev deyib ki, görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır və bütün istiqamətlərdə kompleks danışıqlar aparılacaq.

"Bu gün Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü məsələsi gündəmdə deyil", - H.Hacıyev bildirib.

O vurğulayıb ki, münaqişənin nizamlanması üzrə Azərbaycanın mövqeyi məlumdur və beynəlxalq hüququn prinsiplərinə əsaslanır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az