İlham Əliyevlə Sərkisyan ABŞ-da görüşəcək

İlham Əliyevlə Sərkisyan ABŞ-da görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüşə bilərlər.

Miq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak” qəzeti yazıb.
Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusilə ABŞ hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az