İmtahanda az bal toplayan 2 tələbə intihar etdi

İmtahanda az bal toplayan 2 tələbə intihar etdi
Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosun verdiyi məlumata görə, hadisə şəhərə ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.
Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq  özünü oradan atıb. Onun meyiti "morq"a təhvil verilib.
Qeyd edək ki, bu, Sumqayıt şəhərində ikinci abituriyentin imtahandan sonra intiharıdır.

***
 Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

"Report"un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.
Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az