İnam Kərimov iki rəhbər şəxsi işdən azad etdi

İnam Kərimov iki rəhbər şəxsi işdən azad etdi
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 

Miq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov işdən çıxarılıb. 
Nazirin digər əmri ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov da vəzifəsindən azad edilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı saytımıza təsdiq edib.
O bildirib ki, hər iki şəxs Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər:

"Bizim qurumun fəaliyyət prinsipləri fermerlərə yaxınlıq, şəffaf, səmərəli idarəetmə və innovasiyaların tətbiqidir. Çıxarılan şəxslər konkret olaraq fermerlərə yaxınlıq prinsipini pozduqları üçün işdən çıxarılıblar".
Onların yerinə təyinat yoxdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az