Çinarə Ömray: "Fələstinli uşaqla həmsöhbət oldum"

Çinarə Ömray:
İnsanlarda güvən yaratmaq bu günümüzdə çox çətin bir hadisədir. Yaşlıların br sözü var e, "Bu dövrdə heç qardaş qardaşa da güvənmir, a bala"
 
Pərvizi əvvələr sosial şəbəkələrdən tanıyırdım.Sonra bir gün Xəzər Süleymanlı ilə danışırdıq onun dediyi cümlənin enerjisi hələ də yadımdadı, qəribə bir inamla " Perviz Arif, Elvin Paşa, Rəşad Nağı Mustafaya tərəddüt etmədən hər zaman güvənə bilərsən. Onlardan heç vaxt, heç kimə ziyan gəlməz əmin ol buna".
Qarşı tərəfdə bu qədər inam yaratmaq hər adama nəsib olmaz.
Daha sonra Pərvizin şeirləri ilə tanış olduqca fələstinli uşaqla həmsöhbət oldum, depresiyanın rəngini ondan öyrəndim, 90-cı ildə doğulmamışdan bir neçə gün öncə öldüyünü, sevgisini, güvənini, içindəki enerjini və bir çoxunu şeirlərindən öyrəndim.
Diqqətimi çəkən bir şey də oldu. Pərviz kimi bir çoxlarımızın uşalığı ağır bir dönəmə təsaddüf edib. Məsələn o yaşda uşağın diksindirən bir cizgi filimin içində qəfildən dovşan balasının yoxa çıxması idisə, biz güllə səsinə diksinirdik. Biz ekranlarda cizgi filimi yerinə xocalı soyqırımının o vəhşətli görüntülərini izləyirdik...Biz qan , nifrət, qışqırıq səsləri içində böyüdük. 
 
Ancaq bütün bunların içindən keçərkən belə sevgisini itirməyən, nifrətlə dolub daşmayan, sabaha ümüdü olan, insanları sevən gənclərin çağımızda varlığı möhtəşəm bir şeydi. Pərviz də onlardan biridi.
Hər şeyə rəğmən, içinin insanlıq sevgisini öldürməyən, enerjisini qoruyub saxlaya bilən- müsbət adam, güvən adam yeni salam verdiyimiz kitabın mübarək! Sənin bu kitabdan da böyük uğurun insanlar yanında qazandığın güvənindir. Güvənin mübarək!
 
Çinarə ÖMRAY
 
Miq.az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az