İngilislər AĞLINI İTİRDİ - Bakıdakı finalla bağlı RÜSVAYÇI ADDIM

İngilislər AĞLINI İTİRDİ - Bakıdakı finalla bağlı RÜSVAYÇI ADDIM

"Arsenal” klubunun azarkeşləri UEFA Avropa Liqasının final matçının təxirə salınması üçün petisiya təşkil edib.

Azarkeşlər final matçının Azərbaycanda keçirilməsinə etiraz edirlər.

Onlar "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycandakı final mərasimində iştirak edə bilməməsini əsas gətirərək matçın Londondakı "Wembley” stadionunda keçirilməsini tələb edirlər.

Qeyd edək ki, Avropa Liqasının final matçı "Çelsi” və "Arsenal” arasında, 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Daha əvvəl Azərbaycan Respublikası "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya səfər etməsinə dair bütün təhlükəsizlik tədbirlərini gördüyünü və zəmant verdiyini bildirsə də, "Arsenal”ın qərarları və futbolçunun şəxsi istəyi əsasında Henrix Mxitaryanın Azərbaycana gəlməməsi razılaşdırılıb.

Xatırladaq ki, Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ və ətraf ərazilərinin ermənilər tərəfindən işğalı ilə bağlı münaqişə 20 ildən çoxdur ki, davam edir./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az