“İnqilab da etdik, pul gəlmədi...”-Paşinyan

“İnqilab da etdik, pul gəlmədi...”-Paşinyan

Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yeni il bayramı tətilindən sonra erməni sahibkarlarla görüşüb və onları ölkə iqtisadiyyatına daha fəal yatırım qoymağa çağırıb. Virtualaz.org xəbər verir ki, bu haqda Paşinyanın arvadının redaktoru olduğu "Aykakan Jamanax” qəzeti yazır.

Bildirilir ki, Paşinyan görüşdə sahibkarları yaşadıqları ölkələrdən başqa biznesmenləri də Ermənistana yatırım qoymaq üçün təşviq etməyə çağırıb.

"Paşinyan şikayətlənib ki, Ermənistanda baş vermiş siyasi dəyişikliklərə baxmayaraq ölkənin iqtisadi həyatında fəallıq çox aşağıdır, hərçənd gözləntilər çox idi”-qəzet yazır.

Qeyd edək ki, bütün beynəlxalq maliyyə qurumlarının hesabatlarına əsasən Ermənistanda investisiyaların yatırılması üçün ən başlıca əngəllərdən biri Azərbaycanla olan həll edilməmiş münaqişə və Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Bu əngəllər aradan qalxmadan istənilən "məxməri inqilab” Ermənistanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməz. Və belə görünür ki, Paşinyanın məyusluğu getdikcə artacaq...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az