“İnstagram”da tanış olduğu qadının başına oyun açdı – Azərbaycanda cinayət

“İnstagram”da tanış olduğu qadının başına oyun açdı – Azərbaycanda cinayət
Qusarda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, avqustun 17-də Qusar rayon sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edib.  O, ərizəsində avqust ayında "İnstagram” sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələdiyini bildirib.

Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az