“Instagram”dan pul qazanan məşhurlarımız: 1 paylaşımı 6500 manat

“Instagram”dan pul qazanan məşhurlarımız: 1 paylaşımı 6500 manat
Dünya şou-biznesində olduğu kimi, artıq Azərbaycan məşhurları da "Instagram”dan biznes məqsədləri üçün istifadə edirlər.

Miq.az Qafqazinfo-ya istinadla xəbər verir ki, sosial şəbəkədə izləyici sayı çox olan tanınmışlar müxtəlif məhsulları öz səhifələrində reklam edirlər.

Bunun müqabilində isə məşhurlar müəyyən qonorar əldə edirlər.

4 aydır ki, "Instagram”da böyük biznes quran stilist Samiraldo (216 min izləyici) hər reklam xarakterli paylaşım üçün minimum 200 AZN alır:



"Mən böyük şirkət, klinikalar və butiklərlə çalışıram. Onların reklamı müqabilində qonorar əldə edirəm. Həm mən, həm də onlar qazanır. Minimum reklamın qiyməti 200 AZN-dən başlayır. Ancaq böyük bir telefon mağazası ilə anlaşmışam. Onlar mənə 6500 manat dəyərində telefon bağışlayıblar. Mən isə onların reklamını edirəm”.

Günay İbrahimli (725 min izləyici) - 1000 AZN 

Sevda Yəhyayeva (621 min izləyici) - 500 AZN

Afaq Gəncəli (447 min izləyici) - 500 AZN

Ancaq izləyicisi çox olan məşhurlar sırasında bu biznesə qoşulmayanlar da var. Xalq artisti Aygün Kazımova (445 min izləyici), Rəqsanə İsmayılova (269 min izləyici), Məleykə Əsədova (169 min izləyici), Nadir Qafarzadə (231 min izləyici) həmin məşhurlar sırasındadır. 

Ölkədə ən çox izləyici sayına görə liderlərdən olan Sevil və Sevinc Səfərovalar (891 min izləyici) isə açıqlamasında ancaq bəyəndiyi məhsulları öz lövhələrində ödənişsiz reklam etdiklərini söyləyiblər.



Müğənni Xatirə İslam (661 min izləyici) isə dostlarının məhsullarını ödənişsiz səhifəsində reklam etdiyini bildirib:



"Bir manat belə verən olmayıb. Dost-tanışların xahişi ilə paylaşıram. Həmçinin, bizə hədiyyə göndərənlər olub. Onları nəzakətən paylaşıram. İzləyiciləri əziyyətlə toplamışıq. Deməli, biz o insanlara maraqlıyıq. Bu səbəbdən mən də pulla reklam etmək qərarına gəlmişəm”.

472 min izləyicisi olan rəqqasə Oksana Rəsulova isə səhifələrində tez-tez reklam edən məşhurlardandır. Lakin o, qiymət açıqlamaqdan imtina edib.
 
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az