"İnterpol"un keçmiş rəhbəri korrupsiyada şübhəli bilinir

"İnterpol"un istefa vermiş rəhbəri, Çin Xalq Respublikasının (ÇXR) ictimai təhlükəsizlik nazirinin müavini Men Xunbey korrupsiya və başqa cinayətlərdə şübhəli bilinir.

Miq.az report-a istinadən xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, Çin Xalq Respublikası İctimai Təhlükəsizlik Nazirliyi partiya komitəsinin başçısı Çjao Keçji oktyabrın 8-də partiya təşkilatının iclasında Men Xunveyin rüşvət almaqda və başqa cinyətlərdə şübhəli bilindiyi haqqında məlumat verib.
Nazirliyin məlumatına görə, bununla bağlı Dövlət Nəzarət Komitəsi araşdırma aparır.

 Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az