İqbal Məmmədov BU HALDA deputat mandatından MƏHRUM OLA BİLƏR

İqbal Məmmədov BU HALDA deputat mandatından MƏHRUM OLA BİLƏR
"İntizam komissiyasına bu məsələni Milli Məclisin sədri göndərə bilər”.

Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafa Redaktor.az-a Lerikdə "Relax” istirahət mərkəzində baş verən insidentin hansı hallarda deputat İqbal Məmmədovun mandatının əlindən alına biləcəyi proseduruna aydınlıq gətirib.
 
Millət vəkilinin sözlərinə görə, hələ ki, belə məktub İntizam Komissiyasına Milli Məclisin sədri tərəfindən göndərilməyib:
"Bu məktub gələrsə, məsələyə baxıla bilər. Bu tip hüquq qaydalarının pozuntusu varsa, bununla bağlı hüquq mühafizə orqanları da Milli Məclisə müraciət etməlidir. Milli Məclisin sədrinə etik davranış qaydalarının pozulması ilə bağlı faktla müraciət daxil olanda və yaxud mətbuatda hər hansı bir informasiya gedəndə sədr bunu İntizam Komissiyasına göndərə bilər. Komissiya isə məsələyə baxıb öz rəyini verməlidir”.
Xatırladaq ki, ötən gün "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağrılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.
Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar .
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az