İqtisadçıdan şok proqnoz - Dollar 2 manat 50 qəpik olacaq

İqtisadçıdan şok proqnoz - Dollar 2 manat 50 qəpik olacaq
"Hökumətin nəzərdə tutlan tədbirləri həyata keçirməyəcəyi təqdirdə 1 ABŞ dolları üçün məzənnə 2 manat 20 qəpik- 2 manat 50 qəpik arasında qərarlaşacaq.”

Bunu AzNews.az-a açıqlamasında istisadçı-ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, uzunmüddətli dövr üçün manatın məzənnəsinin həddlərini müəyyənləşdirmək çox çətin olacaq: "Nə qədər ki, Azərbaycan ucuz neft satacaq, o qədər də manatın məzənnəsində ucuzlaşma prosesi davam edəcək. Çünki hazırkı neft qiymətləri tədiyyə balansındakı fərqi stabilləşdirmək üçün kifayət etmir. Və eyni zamanda qeyri-neft sektorunun inkişaf etdiyi bir fərqi kompensasiya etməsi üçün kifayət qədər üzun müddət, hətta deyərdim ki, 10 ildən çox zaman lazımdır.”

Rəşad Həsənov 2018-ci ildə manatın məzənnəsinin 3 manat 50 qəpik olacağını deyir: "Əgər biz 2018-ci ilə bu günki problemlər və faktorlarla girsək, o zaman 2018-ci il üçün başqa manat məzənnəsi qərarlaşacaq. Bu da təxminən 3 manat və 3 manat 50 qəpik səviyyəsində ola bilər.”
 
Miq.az
loading...