İran ABŞ-a müharibə ELAN ETDİ: ordumuz dənizdə…

İran ABŞ-a müharibə ELAN ETDİ: ordumuz dənizdə…
İran ordusu mövcud təhlükələri nəzərə alaraq, ölkənin neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazırdır.

Miq.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İran İslam Respublikası ordusunun Dəniz Qoşunları komandanının müavini, kontr-admiral Seyid Mahmud Musəvi deyib.

"İranın silahlı qüvvələri mövcud təhlükələri nəzərə alaraq, bizim ticarət donanmamız və neft tankerləri müdafiə etməyə hazırdır. Biz maraqlarımızın təminatı üçün dəniz qüvvələrimizdən istifadə edəcəyik", - agentlik Musəvinin sözlərini sitat gətirib.
Qeyd edək ki, noyabrın əvvəlində ABŞ İranın nəqliyyat və neft sektorlarına qarşı tammiqyaslı sanksiyaları tətbiq edib. Sanksiyalara İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və onun nəzarətindəki 211 gəmi də məruz qalıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az