İran prezidenti sabah Ermənistana səfər edəcək

İran prezidenti sabah Ermənistana səfər edəcək

Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

Miq.Az xəbər verir ki, H.Ruhani İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq.

Qeyd edək ki, 30 sentyabr – 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur./APA/

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az