İranda koronavirusa yoluxan deputat: “Yaşamağıma ümidim azdır...”

İranda koronavirusa yoluxan deputat: “Yaşamağıma ümidim azdır...”
ABŞ dövlət katibi Maykl Pompeo İran hakimiyyətinin ölkədə koronavirus epidemiyasının yayılması ilə bağlı real vəziyyəti gizlədə biləcəyini deyib.

Virtualaz.org xəbər verir ki, dövlət katibi İranın ölənlərin sayına görə Çindən sonra ikinci yerdə olduğunu, bu faktın ciddi narahatlıq doğurduğunu bildirib. O, bütün ölkələri koronavirusla bağlı həqiqətləri danışmağa və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırıb.

İran Səhiyyə Nazirliyinin dünən axşama olan son məlumatına görə ölkədə koronavirusdan ölənlərin sayı 16-dır, təsdiqlənmiş yoluxma halları isə 100-ə yaxındır. Epidemiya Qum şəhərində başlayıb və yoluxanların əksəriyyəti ya həmin şəhərdə yaşayanlardır, ya da ora gedib-gələnlərlə təmasda olublar.

 

Xəbər verildiyi kimi İran səhiyyə nazirinin müavini İrəç Hərirçi də koronavirusa yoluxub. Onun ardınca daha bir siyasətçinin bu ölümcül virusa yaxalandığı açıqlanıb. İran parlamentinin deputatı Mahmud Sadeqi bildirib ki, koronavirus infeksiyasına yoluxub və vəziyyəti ağırdır.

"Mənim koronavirusla bağlı testim müsbətdir. Bu dünyada ömrümü davam etdirməyə ümidim azdır”,-o bildirib.

Sadeqi rəsmi Tehranı, xüsusən də ölkənin məhkəmə sisteminin rəhbərliyini minlərlə siyasi məhbusu azad etməyə çağırıb. Deputatın mövqeyinə görə,  bu addım məhbusların virusa yoluxmasının qarşısını almağa və xəstəliyin tüğyan etdiyi bir vaxtda ailələrinin yanında olmağa imkan verərdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az