İrandan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

İrandan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.
 
Modern.az İran mediasına istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlıq və regionda baş verən hadisələri müzakirə ediblər.
 
Əmir Abdullahian iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib.
 
İran şirkətlərinin Ermənistanda daha çox iş qurmaq istədiklərini deyən Əmir Abdollahian iki ölkə arasında iqtisadi komissiyanın iclasının tez bir zamanda keçirilməsini arzuladığını bildirib.
 
İranlı nazir Cənubi Qafqazda son vaxtlar baş verən münaqişələrdən narahat olduğunu bildirərək, region ölkələrinin sərhədlərinin dəyişdirilməsinə qarşı olduqlarını bəyan edib və onları təmkinlə hərəkət etməyə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
 
Mirzoyan Tehrana son səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafı üçün təklif edilən yol xəritəsinə toxunaraq, birgə iqtisadi komissiya iclası keçirməyə və İranla ticarət əlaqələrini artırmağa hazır olduqlarını açıqlayıb.
 
Erməni nazir İran İslam Respublikasının ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyini yüksək qiymətləndirib.
 
İranla hər sahədə əlaqələri inkişaf etdirməyə hazır olduqlarını bildirən Mirzoyan Əmir Abdollahianı ölkəsinə dəvət edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az