İrandan qonşularla bağlı açıqlama: Yeganə yol...

İrandan qonşularla bağlı açıqlama: Yeganə yol...

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir.

Miq.Az Trend-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır. Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir. Yeganə yol kollektiv əməkdaşlıqdır.

Xətibzadə əlavə edib ki, İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az