İş adamı: "İcra başçısı 2 milyona zavod tikdirib, 38 milyon kredit götürüb, 4.5 milyona torpaq satıb..."

İş adamı:

Şəmkir sakinləri icra başçısı Alimpaşa Məmmədovun koronavirusla bağlı mübarizədə fəal olmadıqlarınından şikayətçidirlər. 

 Bu barədə Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimov feysbuk hesabında yazıb.

İş adamı bildirib ki, Alimpaşa Məmmədov heç bir təşəbbüsdə iştirak etmir: "Prezident ilkin mərhələdə vətəndaşlarımıza dəstək ücün Ehtiyat Fondundan bir milyard manat vəsait ayrılması haqqında göstəriş verdi. O həmcinin bir illik əmək haqqını karonavirusla mübarizə fonduna kecirdi. Birinci vitse-prezident Mehriban Əliyeva da bu təşəbbüsə qoşuldu. O da bir illik əməkhaqqını Fonda bağışladı. Sözügedən təşəbbüsə bir çox iş adamları və icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdilər. Amma görünən budur ki, Şəmkir kimi imkanlı rayonun icra hakimiyyəti bu yardımdan kənarda dayanıb”. 

Hafiz İbrahimov

İş adam icra başçısı ilə bağlı bəzi iddialarla da çıxış edib. 

O qeyd edib ki, Alimpaşa Məmmədov özünə böyük biznes şəbəkəsi qurub. O, statusunda Alimpaşa Məmmədova əhaliyə yardım edəcəyi vəsaitin mənbəyini də göstərib: "İcra başçısı Şəmkir çayı sahilində 2 milyon manata balıq yetişdirmə zavodu tikdirib, Şəmkir bələdiyyələrinin adından 38 milyon manata kredit götürüb, rayon "soveti"nin dörd mərtəbəli binasının yerinin 1 milyon manata, Uşaq xəstəxanasının 5 hektara yaxın ərazisini 4.5 milyon manata satıb".
<iframe width="877" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_3" name="aswift_3" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 877px; height: 200px;"></iframe>

O həmçinin bildirib ki, S.Vurğun küçəsində prezidentin göstərişi ilə vətəndaşların məznil şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı iki mərtəbəli binanın sakinləri yeni mənzillərə köçürəndən sonra binanın yeri də 230 minə satılıb. 

İş adamı deyir ki, icra başçısı İcra Hakimiyyətinin yaxınlığındakı əraziləri də restoran və müxtəlif iaşə obyetləri tikən iş adamlarına satıb, həmçinin Morul arxının ətrafını da qanunsuz olaraq, ayrı-ayrı adalmlara satdırıb.
 
Şəmkir Rayon İcra Hakimiyyəti iş adamının iddialarına cavab verməyib. /Arqument.az/
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az