İş adamına pul atan müstəntiqin sabiq köməkisinə ağır cəza tələbi - Məhkəmə

İş adamına pul atan müstəntiqin sabiq köməkisinə ağır cəza tələbi - Məhkəmə
Bakıda dələduzluq və rüşvət almaqda ittiham olunan Səbail rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Elnur Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Elnur Babayevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Elnur Babayev iş adamı, "Yeganə" şadlıq sarayının rəhbəri Akif Rəhimovdan 52500 manat alıb. Həmin pulun qarşılığında isə o, Akif Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxaracağı vədi verib.
Amma vədinə əməl etməyib və dələduzluq edib.
Qeyd edək ki, Akif Rəhimovun oğlu Rəhim Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən, 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov olay yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdiriləndən sonra 20 gün sonra Rəhim Rəhimov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi isə Rəhim Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.
Qəzada ölən Könül Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az