İşdən qovulan sürücü başqa marşrutda fəaliyyət göstərə bilməyəcək - BNA

İşdən qovulan sürücü başqa marşrutda fəaliyyət göstərə bilməyəcək - BNA
Bakıda müntəzəm marşrut xəttində adı "qara siyahı"ya salınan sürücülər başqa marşrutda sürücü kimi fəaliyyət göstərə bilməyəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, həmin şəxslərin işdən kənarlaşdırılması və işə götürülməməsi barədə daşıyıcılara məlumat göndərilir: "Bu məsələyə Bakı Nəqliyyat Agentliyi müdaxilə etmir və bu da mənfi bir haldır. Çünki, sürücüləri daşıyıcılar işə götürür. Bu yaxınlarda işdən azad edilən və "qara siyahı"ya salınan iki sürücü ilə bağlı biz bütün daşıyıcılara məlumat göndərmişik. Eyni zamanda həmin sürücülərlə bağlı hüquqi qiymət verilməsi üçün lazımi qurumlara da müraciət edilib. Amma biz düşünürük ki, bu cür şəxslərin də adları konkret bir bazaya daxil edilsin. Bu isə peşəkar sürücü bazası formalaşdırılandan sonra mümkün olacaq".

M.Ağayev bildirib ki, işdən qovulan sürücülərin təlimlərə cəlb edilərək yenidən işə qəbul olunmasına icazə verilməsi müəyyən qaydalar çərçivəsində baş tuta bilər: "Məsələn, əgər həmin sürücü təlimdən keçmək üçün müraciət edərsə, onun törətdiyi hadisənin ağırlıq dərəcəsi müəyyənləşdiriləcək. Bakı Nəqliyyat Agentliyi bu cür məsələlərə liberal mövqedən yanaşır. Biz maksimum çalışmışıq ki, hər hansı hadisə törədən sürücünü cəzalandırmaq əvəzinə ilk əvvəl maarifləndiririk. Bakı Nəqliyyat Agentliyi bu məsələyə maksimum humanist yanaşır. Lakin, bu o demək deyil ki, agentlik hansısa daşıyıcıya güzəştə gedəcək".

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az