İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxdı

İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxdı

Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.

Miq.Az xəbər verir ki, bu barədə Yenicag.az-a danışan eks nazir bildirib ki, onlar Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar.

İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb

Sürücüyə zəng çatmır. Maşın da yerində yoxdur. Düşünürəm ki, onları oğurlayıb və gizlədirlər.

İsgəndər Həmidov bildirib ki, hazırda polisə gedirlər, baş vermiş hadisəni araşdırmağa çalışırlar.

 Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az