İŞİD öz liderinin ölümünü təsdiqlədi - FOTO

İŞİD öz liderinin ölümünü təsdiqlədi - FOTO

İraq Şam İslam Dövləti terror qruplaşması (İŞİD) liderlərindən birinin - Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin məhv edildiyini təsdiqləyib.

İŞİD yeni lider kimi Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşini təyin edib.

Xatırladaq ki, fevralın 3-də ABŞ prezidenti Co Bayden Suriyanın şimal-qərbində keçirilən əməliyyat zamanı İŞİD liderinin öldürüldüyünü açıqlayıb. Missiyada iştirak edən ABŞ ordusunun bütün üzvləri ölkələrinə sağ-salamat qayıdıblar. Bayden vurğulayıb ki, xüsusi əməliyyat zamanı ABŞ hərbçiləri dinc əhalinin ölümünün qarşısını almaq üçün hər şeyi etməyə çalışıblar.

Daha sonra Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, İŞİD liderinin məhv edilməsi zamanı azı üç mülki şəxs həlak olub.//Oxu.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az