«İsrail İranın əlinə nüvə silahı keçməsinə imkan verməyəcək» – Netenyahu

«İsrail İranın əlinə nüvə silahı keçməsinə imkan verməyəcək» – Netenyahu

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahu çərşənbə günü bəyan edib ki, İsrail İranın əlinə nüvə silahı keçməsinə imkan verməyəcək.

«Srağagün ayətulla Əli Xamenei İsrail dövlətini məhv etmək niyyətində olduğunu bildirib. Dünən o, bunu necə edəcəyini söyləyib – uranın qeyri-məhdud miqdarda zənginləşdirilməsindən istifadə edərək, nüvə bombaları arsenalı yaratmaqla. Biz, təəccüblənmirik. İsrail İranın əlinə nüvə silahı keçməsinə imkan verməyəcək» – deyə, Netenyahu özünün «Tvitter» səhifəsində yazıb.

Bundan əvvəl, İranın atom energetikası Təşkilatının rəhbəri Əli Əkbər Salehinin bəyan etdiyi kimi, çərşənbə günü axşam Tehran sentrifuqa istehsalı üzrə Natanz şəhərindəki (ölkənin şimalı) mərkəzin açılışını elan edə bilər. O, əlavə edib ki, İran 1-2 ay ərzində uranın zənginləşdirilməsi üzrə şəraiti 190 min ERR (sentrifuqanın güc göstəricilərindən biri və izotopların bölünməsi işinin vahidi) səviyyəsinə çatdıra bilər.

Salehinin sözlərinə görə, bundan əvvəl İranın mənəvi lideri və rəhbəri Əli Xomenei nüvə proqramı işinin sürətləndirilməsi barədə göstəriş verib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az