İsrail ordusundan şok addım: Bennet açıqlama verdi – “Savaş istəmirik, amma…”

İsrail ordusundan şok addım: Bennet açıqlama verdi – “Savaş istəmirik, amma…”

İsrail Baş naziri Naftali Bennet ölkəsinin müharibə istəmədiyini, amma istənilən ssenariyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Bennett və müdafiə naziri Benni Qantz ölkə tarixinin ən uzun – bir ay davam edən hərbi təlimlərini incələyib.

Təlimlə bağlı çıxış edən Bennet deyib:

"Müharibə arxasınca qaçmırıq, amma istənilən ssenariyə hazırıq. Düşmən bilir ki, bizi qarşıdurmaya sürükləsə, dözülməz dərəcədə ağır bədəl ödəyəcək”.

Qantz da İsrailin təhlükəsizliyinin ordunun gücündən asılı olduğunu söyləyib.

İsrail ordusu dünən ölkə tarixindəki ən uzun hərbi manevrlərdən biri olan "Alovlu Maşınlar” təliminə başladığını və hərbi məşqlərin bir ay davam edəcəyini açıqlayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az