İsrail Türkiyədən qisas alır: Kürd dövlətini tanıyaq...

İsrail Türkiyədən qisas alır: Kürd dövlətini tanıyaq...

İsrail parlamentinin deputatlarından biri kürd dövlətinin rəsmi şəkildə tanınması ilə bağlı təklif irəli sürüb.

Axar.az "Arab Nyus”a istinadən xəbər verir ki, Yisrael Beiteinu (İsrail evimiz) partiyasından olan adı açıqlanmayan millət vəkili Türkiyə, İraq və Suriyanın bəzi ərazilərində yaradılacaq kürd dövlətinin tanınması ideyasının tərəfdarı olduğunu söyləyib.

Məlumata görə, İsrail siyasətçiləri bu kimi fikirlərlə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə və onlarla fələstinlinin öldürülməsinə sərt etiraz edən Türkiyədən qisas almaq məqsədi güdür.

Qeyd edək ki, bundan öncə də bəzi İsrail rəsmiləri qondarma erməni soyqırımın tanınması ilə bağlı çağırışlar etmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az