İsraildə ehtiyatda olan hərbçilər orduya çağırılır

İsraildə ehtiyatda olan hərbçilər orduya çağırılır
İsraildə 25 minə qədər ehtiyatda olan hərbçi orduya çağırılıb.

Axar.az xəbər verir ki, bununla bağlı İsrail müdafiə naziri Benni Qantz müvafiq sərəncam imzalayıb.

Həmçinin, bildirilib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.

Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin "İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı "Sübh” əməliyyatına başladığını elan edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az