İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub
İsraildə yeni növ koronavirus infeksiyasına qarşı "Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

Bu barədə "The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər yayıb.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

"The Epoch Time” isə ABŞ-ın "Vaccine Adverse Event Reporting System” təşkilatına istinadən koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayını açıqlayıb. Məlumatlara görə, Moderna və Pfizer / BioNTech əczaçılıq şirkətlərinə məxsus peyvəndlər edilən 55 insan ölüb.

Onların əksəriyyəti peyvənd vurulandan bir neçə gün sonra ölüb.

Ölüm hadisələrindən əlavə, ABŞ-da peyvəndlə əlaqədar həyati təhlükəsi olan 96 insanın olduğu bildirilir.

Məlumata görə, 225 xəstə koronavirus peyvəndi vurulduqdan sonra xəstəxanaya yerləşdirilib, 1,3 mindən çox insan təcili yardıma müraciət edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az