İsrailə məxsus təyyarənin vurulma anının VİDEOSU

İsrailə məxsus təyyarənin vurulma anının VİDEOSU

Ötən gecə Suriyanın Hava Hücumundan Müdafiə sistemləri Homs əyalətində "Tifor” (T-4) təyyarə bazasına hücum edən İsrailin Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurub.

Yutubda qırıcının vurulma anının görüntüləri yayılıb.

Bildirilir ki, hücumda iki "F-16” qırıcısı iştirak edib. Onlar ən azı 6 "Dalila” qanadlı raketi buraxıblar. "F-16” qırıcılarını havada iki "F-35” və iki "F-15” müşayiət edirdi.

İlkin məlumatlara görə, təyyarə bazasında olan İran hərbçiləri İsrail ordusunun aviazərbələrinin hədəfi idilər.

İsrail KİV-i yazır ki, baza ilk dəfə hücuma məruz qalmır, çünki orada İran hərbçiləri, "Hizbullah” və digər iranmeylli güclər yerləşir.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az