Jirinovski Azərbaycana qarşı yenə də SƏRSƏMLƏDİ: Qarabağ...

Jirinovski Azərbaycana qarşı yenə də SƏRSƏMLƏDİ: Qarabağ...

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib.

Miq.Az xəbər verir ki, Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib: "Çünki onların "torpaqlarının” taleyi həll olunur”.

Jirinovski daha sonra qondarma iddia irəli sürərək, Dağlıq Qarabağın SSRİ vaxtında Azərbaycanın tərkib hissəsinə daxil edildiyini bildirib.

O qeyd edib ki, "cansıxıcı danışıqlar nəticəsiz olsa belə, müharibədən daha yaxşıdır”.

"Hesab edirəm ki, postsovet məkanında bütün münaqişələri həll etmək üçün SSRİ-ni bərpa etmək lazımdır”, - deyə o qeyd edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az