Jirinovski: "İki dövlət Rusiyaya birləşməlidir"

Jirinovski:
Belarus və Ukrayna Rusiya ilə vahid dövlət olacağı təqdirdə çiçəklənəcəklər.

Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Teleqram kanalında paylaşıb.

"Rusiya və Belarusu çoxdan vahid dövlətdə birləşdirmək lazımdır. Belarus yalnız biz bir dövlət olacağımız halda çiçəklənəcək. Gəlin insanlara sərbəst hərəkət imkanları, avrodan güclü olacaq vahid rubl verək. Ukrayna ilə də eyni şey lazımdır. Biz tarixən bir yerdə yaşamışıq və indi bunu bərpa etmək lazımdır”, – deyə o bildirib.(Axar.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az