Jirinovskinin adamları baş vergiyığanının oğlunu döydü

Jirinovskinin adamları baş vergiyığanının oğlunu döydü

Moskvada Vladimir Jirinovskinin sədri olduğu RLDP-nin iki üzvü Rusiya Federal Vergi Xidmətinin rəisi Mixail Mişustinin oğlunu vəhşicəsinə döyüblər.

Musavat.com-un məlumatına görə, hadisə uşaq meydançasında baş verib. RLDP üzvləri Andrey və Sergey Besmertnov qardaşları uşaq meydançasında spirtli içki qəbul edərkən, iki yeniyetmə onlara irad tutub. Bu vaxt qardaşlar onları döyüb.

Döyülənlərdən biri isə sən demə, Rusiya Federal Vergi Xidmətinin rəisi Mixail Mişustinin oğlu imiş.

Hazırda Besmertnov qardaşları barəsində cinayət işi qaldırılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az