Jurnalist Əli İnsanovu TƏNQİD ETDİ: "Həbsdə olan hansısa kişinin həyat yoldaşının, anasının, bacısının..."

Jurnalist Əli İnsanovu TƏNQİD ETDİ:

Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunması və həbsxana qapısındaca sərt açıqlamalar verməsinə hərə özünəməxsus tərzdə cavab verdi. Bəziləri İnsanovun  aktiv siyasətlə məşğul olacağını düşünməyə əsas versə də,  sabiq nazirin hökumətə iniqlab mesajı oxumasını da qeyd edənlər var. Dünən Əli İnsanovu sərt tənqid edənlər arasında jurnalist Məhəmmədəli Qəriblinin statusu da bu çıxışa yönələn bir cavab idi. 

Juranist statusunda qeyd edir ki, Əli İnsanovun səsləndirdiyi siyasi bəyanatlara sonra münasibət bildirəcəm: 

""Zon"da heç kimlə əl verib görüşməyi özünə sığışdırmayan adam indi "vor zakon" qanunlarına rəğbətindən danışıb. O yaşda adam deyir ki, həbsdə olan hansısa kişinin həyat yoldaşının, anasının, bacısının görüşə gəlməsi güya "podloymuş". Akademik bu yaşında utanmadan yalan danışır. Belə qayda, qanun heç yerdə yoxdur. Niyə onu dəstəkləyən, həm də türmə həyatı yaşayan adamlar ona cavab vermir? Bəyəm sizin ananız, həyat yoldaşınız görüşünüzə gəlməyib? Gərək adbaad yazaq ki, liderinizə cavab verin. Mənə elə gəlir ki, uzaq sürən türmə həyatı Əli İnsanovun səhətində ciddi fəsadlar yaradıb. Onun ciddi müayinəyə ehtiyacı var..."

Miq.Az-ın məlumatına görə, dünən sosial şəbəkələrdə Əli İnsanovun çıxışları ilə bağlı sosial şəbəkə istifadəçiləri arasında da keçmiş naziri tənqid edənlər az deyil. İstifadəçilər rəylərdə qeyd edir ki, hədə və mesaj dolu bu bəyanatlar Əli İnsanovun nə yaşına, nə də tutduğu vəzifəyə yaraşan deyil...Qeyd edək ki, sosial şəbəkələrdə İnsanovun bu mesajlarına haqq verənlər də var. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az