Kəbirə Məmmədova məhkəməyə veriləcək – Bakıda daha bir süpürgəçi ölüb

Kəbirə Məmmədova məhkəməyə veriləcək – Bakıda daha bir süpürgəçi ölüb

Yanvarın 11-də saat 4 radələrində Binə Ticarət Mərkəzində faciəvi hadisə baş verib.

BakuPost-un məlumatına görə, ticarət mərkəzində süpürgəçi işləyən 1978-ci il təvəllüdlü Qaradağ rayon sakini Hacıyeva Səfaqət Güləhməd qızı faciəvi şəkildə ölüb.

İki uşaq anasının hansı səbəbdən öldüyü dəqiq bilinmir. Binə Ticarət Mərkəzində çalışanların bir qismi mərhumun yaxınlarına onun uçan bir mağazanın altında qaldığını bildiriblər. Bəzi satıcılar isə Ş. Hacıyevanın avtomobil vurması nəticəsində dünyasını dəyişdiyini söyləyiblər. Ancaq ötən müddət ərzində Binə Ticarət Mərkəzinin rəhbərliyi iş başında həyatını itirən Ş. Hacıyevanın nə ailəsinə baş çəkib, nə də yaxınlarına onun hansı səbəbdən öldüyünü bildirməyiblər.

Mərhumun yaxınları Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovadan aidiyyətı qurumlara şikayət edəcəyini bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az