Kəlbəcərin azad edilməsi əməliyyatına Rusiya göz yumacaq- SƏBƏB

Kəlbəcərin azad edilməsi əməliyyatına Rusiya göz yumacaq- SƏBƏB

KREML Samur kanalı iddası qarşılığında Kəlbəcərin azad edilməsi əməliyyatına göz yumacaq, Pentaqon anlayışla qarşılayacaq.

SU HÖVZƏLƏRİ MÜHARİBƏSİ

Son zamanlar Rusiya mətbuatında Dağıstan ərazisində yaranmış su hövzələrinin çatışmaması səbəbindən yaranmış narahatlıq Dağıstan rəbbərliyini dilə gətirb. Şimaldan gələn xəbərlərə görə hətta iş o yerə çatıb ki, muxtar respublikanın rəhbərliyi Rusiya ilə Azərbaycan sərhədində yerləşən Samur çayına tam iddia etməklə yanaşı dövlətlərarası müqavilənin taleyini şübhə altına salacaq bəyanatlar verməyə başlayıb. Məsələ artıq Kremldə belə müzakirələrə yol açıb. Məsələnin ciddiliyini nəzərə alan ekspertlər Kremlin Azərbaycan rəhbərliyi ilə yaxın zamanda yaranmış vəziyyəti ortaq şəkildə müzakirə edəcəyini  desə də, artıq Pentaqondakı beyin mərkəzlərindən informasiya sızır ki, Rusiya Azərbaycana Samur kanalındanı güzəştə gedəcəyi təqdirdə işğal olunmuş Kəlbəcər rayonunu erməni işğalından azad olunması əməliyyatına göz yummağa hazırdır. Əvvəl Kəlbəcər azad olunur, əvəzində Azərbaycan xalqında Rusiyaya qarşı loyallıq yaranır, sonra isə Azərbaycan rəhbərliyi Samur kanalını xüsusi müqavilə ilə Rusiyanın istifadəsinə verir.

Adı açıqlanmıyan qərb eksperti hətta son dövrlər Rusiya, Azərbaycan mətbuatında mütəmadi olaraq Azərbaycanın Kəlbəcəri işğaldan azad edəcək kimi məlumatların dövriyyəyə buraxılmasını məhz bununla əlaqəli olduğunu vurğulayır. Bəzi mənbələr isə Azərbaycanın Ağdərə rayonunu xüsusilə Sərsəng Su anbarınıda azad ediləcək ərazilər siyahısına aid etmək istədiyini, lakin bunun Dağlıq Qarabağda enerji və Su çatışmamazlığı fəlakətinə səbəb olacaqı səbəbini nəzərə alaraq bu plana müsbət yanaşmadıqlarını və o üzdən Kəlbəcər variantına razılıq verdiyi sezilir. Hətta bəzi mənbələr ABŞ-ın da bu plana loyal yanaşdığını vurğulamaqla yanaşı Ermənistan baş naziri Paşinyanın bu plandan xəbərdar olduğunu bildirsə də, onun reaksiyası barədə heç bir informasiya verilmir.
 
Bu mövzu ilə bağlı araşdırmamız davam edir.

Elşad Xansuvarlı
 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az