Kəlbəcərin işğaldan azad olunmasından 1 il ötür

Kəlbəcərin işğaldan azad olunmasından 1 il ötür

Bu gün Kəlbəcər rayonunun Azərbaycan Ordusunun nəzarəti altına keçməsindən 1 il ötür.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan - Üçtərəfli 10 noyabr bəyanatına əsasən, Kəlbəcər rayonu noyabrın 15-i Ordumuzun nəzarəti altına keçməli idi, ancaq erməni tərəfi yolun dar olduğunu əsas gətirərək və bu müddətdə rayonu tərk etməyin mümkünsüz olduğunu "səbəb" göstərərək, Rusiya vasitəsilə Azərbaycandan noyabrın 25-ə qədər vaxt verilməsini xahiş etmişdi. Rəsmi Bakı növbəti dəfə humanistlik göstərərək ermənilərin Kəlbəcəri tərk etməsinə şərait yaratmışdı.

Ermənilər isə Kəlbəcərdən çıxarkən bütün daşınan əmlaklarını özləri ilə aparmaqla bərabər, evlərə, məktəblərə, meşələrə od vurmuş, apara bilmədikləri ev heyvanlarını öldürmüşdülər.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az