“Keşikçi Dağla bağlı məsələni siyasiləşdirmək olmaz” – Tamar Xulordava

“Keşikçi Dağla bağlı məsələni siyasiləşdirmək olmaz” – Tamar Xulordava
Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava hər kəsi Keşikçi Dağı Məbəd-Kompleksiilə bağlı məsələni siyasiləşdirməkdən çəkinməyə çağırıb.

"Report”un yerli bürosu xəbər verir ki, o, bu məsələnin Gürcüstanın dövlət maraqlarına aid olduğunu deyib.
T. Xulordava bildirib ki, məbəd kompleksi məsələsinə soyuqqanlı yanaşmaq lazımdır: "Sərhədlə bağlı danışıqlar prosesinə əlavə çətinliklər yaratmaq olmaz. Azərbaycanda sərhədin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Komissiyanın fəaliyyətinin nəticələrini gözləmək lazımdır”.
Komitə sədri qeyd edib ki, həddindən artıq gərginlik danışıqlar prosesinə mane olmamalıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az