Koreyalı general diktatorun əlindən qaçdı

Koreyalı general diktatorun əlindən qaçdı

Dünyanın ən qamaqallı liderlərindən olan Kim Çen In daha bir tərəfdaşını itirdi. Bu dəfə generalı ondan qaçıb.

Məmurları edam etdirən, ac heyvanlara yedirən liderdən qaçan Şimali Koreyalı general Pak Sın Von KXDR-dən Rusiya vasitəsilə 3-cü ölkəyə qaça bilib. Bu barədə "Channel A" kanalı xəbər yayıb.
Telekanal iddia edir ki, general Moskvaya gələn vaxt üçüncü bir ölkədən siyasi sığınacaq istəyib. Kanalın məlumatına görə, Pak Sın Von Rusiyada Şimali Koreya səfirliyində işləyib. Bundan əlavə təsdiq olunmayan məlumata əsasən, onun qızı da Moskva universitetində təhsil alırmış.
Şimali Koreyalı generalı ölkədən qaçmaq barədə qərarını onun da iştrak etdiyi dağ xizək bazasının tikintisində çalışan rəhbər şəxslərdən birinin güllələnməsindən sonra verib.
Onun məhz hansı ölkəyə getdiyi barədə isə heç bir ehtimal irəli sürülməyib. KXDR hakimiyyəti özü generalın itməsi barədə rəsmi xəbər verməyiblər.
Bundan əvvəl bir çox KİV Şimali Koreya müdafiə naziri Xen En Çxolun edamı barədə xəbər yaymışdı. Sonra nazir kanallarda görünsə də, çox keçməmiş Çxolun güllələnməsini əks etdirən video internetdə yayılmağa başlayıb. Yalnız bu videodan sonra Şimali Koreya qüvvələri rəsmi olaraq digər ölkələrdə olan diplomatik nümayəndəliklərini nazirin ölümü barədə xəbərdar edib.

ANS



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az