Koronavirus iki ölkəni üz-üzə qoydu: Prezidentdən sərt sözlər

Koronavirus iki ölkəni üz-üzə qoydu: Prezidentdən sərt sözlər

Rusiyanın Belarusa göndərdiyi koronavirus testləri iki ölkə arasında gərginliyə yol açıb.

Teleqraf.com xəbər verir ki, Belarus tərəfi test ləvazimatlarının yararsız olduğunu açıqlayıb. Prezident Aleksandr Lukaşenkonun sözlərinə görə, testlər tez-tez səhv nəticələr göstərir.

Rusiyadan gələn ləvazimatlar üçün "Cəhənnəm olsun” ifadəsini işlədən dövlət başçısı, deyib:

"Rus testlərindən imtina etdik. Səhv nəticələr göstərirlər. Çin məhsulundan istifadə etdik. Sadəcə 1 nəfərdə koronavirus aşkarlandı”.

Qeyd edək ki, Rusiya yardım məqsədilə Belarusa 10 min test göndərmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az